Ana Sayfa > Qərbi Azərbaycan > Koronavirusu bu xüsusiyyətlərinə görə mövsümi qripdən fərqləndirmək olar -
Koronavirusu bu xüsusiyyətlərinə görə mövsümi qripdən fərqləndirmək olar -10-09-2021, 09:00. Yazar: sevinc1 |
Mövsümi qriplərdə adətən burun axıntısı, boğaz ağrısı daha qabarıq olur, COVID-19-da isə əsasən hərarət və əzələ ağrıları üstünlük təşkil edir. aia.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında həkim-infeksionist Nigar Əliyeva deyib. O bildirib ki, mövsümi xəstəliklərdən fərqli olaraq, koronavirusa xas xüsusiyyət iybilmə və dadbilmənin itməsidir: "İstənilən halda, kliniki əlamətlər çox oxşardır. Bu səbəbdən dərhal həkimlə məsləhətləşmək lazımdır. Maskadan istifadədən əvvəl payız aylarında qripə daha çox rast gəlinirdi. Bir ildən çoxdur ki, bu rəqəmlər xeyli azalıb. Buna görə də 3 qızıl qaydaya əməl edən insanlar demək olar ki, bütün respirator infeksiyalardan qorunmuş olurlar. Dünya əhalisinin təqribən 80%-i artıq "Delta" ştammına yoluxub, onu yüngül və ya ağır şəkildə keçirib". aia.az Geri dön |