Ana Sayfa > Təhsil > Ali təhsil müəssisələrinə sənəd qəbulu başa çatıb
Ali təhsil müəssisələrinə sənəd qəbulu başa çatıb30-04-2016, 23:25. Yazar: admin |
2016/2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatıb. TQDK-dan “Report”a verilən məlumata görə, ərizələrin qəbulu aprelin 1-dən 28-dək internet vasitəsilə aparılıb. Aşağıdakı cədvəldə bölmə və ixtisas qrupları üzrə elektron ərizələrin sayı haqqında məlumat təqdim olunur: B o l m ə I qrup II qrup III qrup IV qrup Cəmi Azərbaycan 30351 20703 19180 5272 75506 Rus 2871 2392 1472 493 7228 Cəmi 33222 23095 20652 5765 82734 I-IV qruplar üzrə sənəd verən abituriyentlər növbəti mərhələdə qəbul imtahanlarında iştirak edəcəklər. Qəbul imtahanları aşağıdakı tarixlərdə keçiriləcək: 1. Cari ilin məzunları: I və IV qruplar - 15 iyul, II və III qruplar - 23 iyul 2. Əvvəlki illərin məzunları: II və III qruplar - 15 may, I və IV qruplar - 22 may Abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün imtahana 3 gün qalmışTQDK-nın rəsmi internet saytına daxil olaraq elektron ərizə verərkən istifadə etdikləri iş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin imtahana buraxılış vərəqi”ni çap etməlidirlər. Buraxılış vərəqəsində abituriyentin imtahan verəcəyi ünvan, imtahanın tarixi, vaxtı və digər məlumatlar qeyd olunu Geri dön |