Ana Sayfa > Cəmiyyət > Avtoxuliqanlıq edən şəxs həbs olundu

Avtoxuliqanlıq edən şəxs həbs olundu


9-09-2021, 16:09. Yazar: sevinc1
Avtoxuliqanlıq edən şəxs həbs olundu

Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıq şəkildə hörmətsizlik edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində idarə etdiyi VAZ-2106 markalı avtomaşınla xuliqanlıq edərək rayon ərazisində ictimai qaydanı nümayişkaranə şəkildə pozan Hüseyn Məhərrəmov yaxalanıb.

Həmin şəxs saxlanıldıqdan sonra RPŞ-yə gətirilib, idarə etdiyi avtomobil müvəqqəti duracağa yerləşdirilib.

H.Məhərrəmovun barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə protokol tərtib edilib, baxılması üçün məhkəməyə göndərilib. Məhkəminin qərarı ilə H.Məhərrəmov 20 gün müddətinə inzibati qaydada həbs edilib.

AİA.Az
Geri dön