Ana Sayfa > Seçki 2024 > Şəhid ailələri şikayət etdi, İH söz verdi

Şəhid ailələri şikayət etdi, İH söz verdi


9-09-2021, 15:58. Yazar: sevinc1
Şəhid ailələri şikayət etdi, İH söz verdi

Nizami rayonu Elşən Süleymanov küçəsində yerləşən 139 saylı binanın tikintisi 1994-cü ildən bəri dayandırılıb. Binada yaşayan sakinlər yarımçıq tikilidə hər dəfə başqa problemlə üzləşirlər. Sakinlər arasında şəhid ailələri də var.

Bu barədə Axar.az-a danışan bina sakinləri bildiriblər ki, “Pronto” MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasına aid zibil kanteynerləri 136 saylı binadan 2 metr məsafədə yerləşdirilib. Bu da sakinlər üçün antisanitar vəziyyət yaradır.

“Qanunauyğun olaraq kanteynerlər yaşayış binasından ən azı 100 metr məsafədə yerləşdirilməlidir. Binanın məsul şəxsi Elşad Fətullayevə dəfələrlə bu barədə müraciət etmişik. O, şəhid ailələrinə qarşı kobud rəftar göstərərək problemi həll etməyib. Nizami rayon İH-yə, Epidemioloji Mərkəzə, rayonun deputatı Könül Nurullayevaya da şikayət etmişik. Lakin heç bir nəticə yoxdur. Zibillikdən ətrafa yayılan üfunət qoxusu, antisanitar vəziyyət sakinləri narahat edir”, - şikayətdə qeyd olunub.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Nizami Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Cavid Qafarov bildirib ki, sakinlərin şikayətinə ən qısa vaxtda baxılacaq:

“Sakinlərin problemi aidiyyəti quruma yönləndiriləcək. Məsələ araşdırılıb həll olunacaq”.

AİA.Az
Geri dön