Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycanda tibb işçilərinin sertifikasiyasına 18 yeni ixtisas əlavə edilib
Azərbaycanda tibb işçilərinin sertifikasiyasına 18 yeni ixtisas əlavə edilib8-09-2021, 16:17. Yazar: sevinc1 |
Azərbaycanda tibb işçilərinin sertifikasiyasında dəyişikliklər edilib. Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Sertifikasiya Mərkəzinin rəhbəri Murad Mirzəzadə deyib. Mərkəz rəhbəri qeyd edib ki, Nazirlər Kabineti ixtisasların təsnifatında dəyişiklik edib: "Bu prosesə 18 yeni ixtisas əlavə olunub. Buna görə qərar verildi ki, ixtisaslar üzrə sertifikasiya imtahanı üçün suallar hazırlansın. Hazırda bununla bağlı iş gedir”. O bildirib ki, sertifikasiyada sınaq imtahanları tətbiq edilib: "Şəxs gəlib sınaq imtahanından keçəndən sonra imtahana buraxılır. Bu imtahanda şəxs nədənsə çətinlik çəkirsə, bunun üçün bizdə kurslar təşkil olunur. Həmin kursdan sonra şəxs imtahan verə bilər". aia.az Geri dön |