Ana Sayfa > Siyasət > ABŞ terror təşkilatını niyə himayə edir?

ABŞ terror təşkilatını niyə himayə edir?


30-04-2016, 21:22. Yazar: admin
ABŞ terror təşkilatını niyə himayə edir?






Birləşmiş Ştatlar rəhbərliyinin PKK və PYD-yə dair, bir-birinə uyğun gəlməyən bu açıqlamaları, Amerika ordusunun Suriyada terrorla mübarizədə səmimi olub-olmadığı sualını meydana çıxarır
Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Eşton Karter dünən axşam senatda keçirilən iclasda, Suriyanın şimalındakı PYD silahlıları ilə PKK terrorçuları arasında əlaqələr olduğunu etiraf etmişdi. Nazirin bu bəyanatından heç bir gün keçməmiş, bu dəfə Ağ Evin mətbuat katibi Con Kirbi jurnalistlərə açıqlamasında PYD-ni terrorçu təşkilat kimi görmədiklərini bəyan edib.

Aia.Az sputnik.az-a istinadən bildirir ki, ABŞ rəhbərliyinin bir-biri ilə örtüşməyən və uyğun gəlməyən bu açıqlamaları, Birləşmiş Ştatlar ordusunun Suriyada terrorla mübarizədə səmimi olub-olmadığı sualını yaradıb. Mövzuya münasibət bildirən politoloq İlqar Vəlizadə, Obama administrasiyasında təmsil olunan iki rəsmi şəxsin fərqli açıqlamalar verməsini ikili standart adlandırıb.

"Bu, növbəti ikili standartdır və eyni zamanda mövcud reallığı görməzdən gəlməkdir. Belə halda Suriyadakı böhranın ədalətli çözülməsi müəmmalı görünür", - politoloq deyib.

Vəlizadə PYD ilə PKK arasında olan münasibəti isə belə izah edib: "PYD-nin PKK ilə münasibətləri o qədər güclüdür ki, hətta PKK terrorçularının Suriyada PYD-nin nəzarətində olan ərazilərində hərbi bazaları da mövcuddur. Əgər Birləşmiş Ştatlar bunu görmürsə, regionda terrorla necə effektiv mübarizə apara bilər? Həm PKK, həm də PYD vahid terror şəbəkələridir".

Xatırladaq ki,Ağ Evdə keçirilən mətbuatı konfransı zamanı spiker Con Kirbi, jurnalistin "Müdafiə naziri Eşton Karter PYD-nin Türkiyədəki PKK terror təşkilatı ilə əlaqəsi olduğunu etiraf edib. Bunu necə dəyərləndirirsiz?" sualına belə cavab vermişdi: "PKK-nı terrorçu təşkilat olaraq görürük. Ancaq Suriyadakı PYD silahlılarını bu kateqoriyaya aid eləmirik".

Qeyd edək ki, rəsmi Ankara həm PKK-nı, həm də Suriyadakı PYD-ni terrorçu təşkilat kimi tanıyır. Türkiyə prezidenti R.T.Ərdoğan dəfələrlə öz çıxışında PYD-nin PKK ilə bağlantısı olduğunu bəyan etmişdi.


Aia.az
Geri dön