Ana Sayfa > Siyasət > Qazilə görüş keçirildi

Qazilə görüş keçirildi


7-09-2021, 12:29. Yazar: sevinc1
Qazilə görüş keçirildi

YAP Samux rayon təşkilatında torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda qazi adını qazanan Vətən övladları daim diqqətdə saxlanılır. 07 Sentyabr 2021-ci il tarixində YAP Samux rayon təşkilatının təşkilatçılığı ilə Vətən müharibəsində yaralanmış qazi növbəti dəfə ziyarət edildi. Ziyarətdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və təşkilatın nümayəndələri iştirak etdilər.

Nümayəndələr Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə yaralanmış Ağasbəyli kənd sakini Həsənov Vüqar Asim oğlunu ziyarət ediblər. Ziyarətçilər yaralanmış hərbiçinin problemləri ilə maraqlanıb, onu ailəsini ərzaq yardımı və iki azyaşlı evlatlarının məktəbli ləvzimatları ilə təmin etmişdilər.

Keçirilən görüşlərdə səmimi söhbət edən qazimiz Xocavənd istiqamətində gedən döyüşlərdə tankçı olaraq iştirak edib, döyüş zamanı ağır yaralanmışdır. Azərbaycan ordusunu qələbəyə çatdıran döyüş təəsüratını bölüşüb, xatirələrini danışıb. Qeyd olunub ki, bu 44 günlük müharibə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və iradəsi ilə müzəffər ordumuzun gücünü, xalqımızın birliyini dünyaya göstərdi. Bu şanlı qələbəmiz dünya hərb tarixinə 44 günlük müharibə kimi düşdü. Amma biz bunu Vətən Müharibəsi kimi tariximizə qızıl hərflərlə yazdıq. YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov da qazimizi ölkəmizin əldə etdiyi qələbə münasibəti ilə təbrik edib, göstərdiyi qəhrəmanlığa görə təşəkkürünü bildirib. O, bildirib ki, hər bir şəhid ailəsi, qazilər və Vətən Müharibəsinin iştirakçıları daim dövlətimizin və ölkə rəhbərinin qayğısını hiss edəcəklər.

aia.az
Geri dön