Ana Sayfa > Manşet / Gündəm > Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimlərindən görüntülər -
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimlərindən görüntülər -7-09-2021, 12:20. Yazar: sevinc1 |
Azərbaycan və Türkiyə Respublikalarının sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqləri davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin növbəti mərhələsində Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları qardaş ölkənin hərbi qulluqçuları ilə birlikdə əməliyyatların planlaşdırılması, şərti düşmənin terror-diversiya qrupunun zərərsizləşdirilməsi və onların müvəqqəti bazasının məhv edilməsi üzrə döyüş atışlı təlim tapşırıqları yerinə yetiriblər. Katerlərin də cəlb olunması ilə keçirilən təlim-məşqlərdə şərti düşmənin hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub. aia.az Geri dön |