Ana Sayfa > Karusel / Təhsil > Ali məktəblərə daxil olan şəxslərin

Ali məktəblərə daxil olan şəxslərin


7-09-2021, 09:00. Yazar: sevinc1
Ali məktəblərə daxil olan şəxslərin

Bu gündən ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin təhsil müəssisələri üzrə onlayn qeydiyyatına başlanılır.

Təhsil Nazirliyindən aia.az-a verilən məlumata görə, tələbə adını qazanan şəxslər sentyabrın 20-dək
portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Abituriyentin müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.


aia.az
Geri dön