Ana Sayfa > Ölkə > Ağdaşda iki yeniyetmə qız kanalda boğuldu

Ağdaşda iki yeniyetmə qız kanalda boğuldu


6-09-2021, 16:57. Yazar: sevinc1
Ağdaşda iki yeniyetmə qız kanalda boğuldu

6 sentyabr 2021-ci il tarixində Ağdaş rayonu ərazisindən keçən suvarma kanalında boğulan iki azyaşlının axtarışlarının aparılması üçün Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət daxil olub.

FHN-dən aia.az-a verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində 2006-cı il təvəllüdlü Niftəliyeva Arifə Ceyhun qızı və 2008-ci il təvəllüdlü Usubova Fatimə Ədalət qızının meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

aia.az
Geri dön