Ana Sayfa > İqtisadiyyat > Azərbaycanda qeyri-neft sektorunda ixrac 1,6 milyard dollara yaxınlaşıb -
Azərbaycanda qeyri-neft sektorunda ixrac 1,6 milyard dollara yaxınlaşıb -6-09-2021, 13:10. Yazar: sevinc1 |
Azərbaycanda qeyri-neft sektorunda ixracın həcmi artır. aia.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “twitter” hesabında yazıb. Nazir bildirib ki, bu ilin 8 ayında qeyri-neft sektoru üzrə ixracın həcmi 1,58 mlrd. dollardan çox olub. Qeyd edək ki, 2021-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100-dən artıq ölkəyə məhsul ixrac olunub, 161-dən artıq ölkədən idxal olunub. 2021-ci ilin yanvar-iyun aylarında isə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 27,4 faiz, real ifadədə 14,0 faiz artıb. aia.az Geri dön |