Ana Sayfa > Seçki 2024 > Mehriban xanım Əliyevaya ithaf edirəm

Mehriban xanım Əliyevaya ithaf edirəm


6-09-2021, 12:04. Yazar: sevinc1
Mehriban xanım Əliyevaya ithaf edirəm

Azərbaycan Respublikasının 1-ci vitse-Prezidenti, dünya şöhrətli siyasətçi qadın, görkəmli ictimai xadim, YAP sədrinin 1-ci müavini, bacım, Mehriban xanım Əliyevaya ithaf edirəm

Yaşa Mehriban.



Daha xoş güzəran, xoş gün görəsən

Ülvi arzularla, yaşa Mehriban

Axıracan birgə, ömür sürəsən

İlham Əliyevlə qoşa Mehriban.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Vətənə, torpağa, zinətsən bacı

Xalqınla, elinlə vəhdətsən bacı

Həyatda necə də, xoşbəxtsən bacı

Ürəyin fərəhdən, coşa Mehriban.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Daim öyünəsən, övladlarınla

Baxıb fəxr edəsən, soyadlarınla

Heydər, Leyla, Arzu, öz dadlarınla

Gəlsinlər nübarlı, xoşa Mehriban.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Hamıya mehriban, hamıya əziz

Baxışın, duruşun, kükrəyən dəniz

Xislətin daxilən, qar kimi təmiz

İstəyin dəyməsin, daşa Mehriban.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Sən həm Sara Xatun, həm Həcər, Nigar

Nə qədər dəyərli, geniş qəlbin var

Əvvəlin də bahar, sonunda bahar

Həmişə keçəsən, başa Mehriban

Ülvi arzularla yaşa Mehriban.




03.09.2021
Gəncə şəhəri

Həsənov İlham Musa oğlu.

Şair, İctimai xadim, 8 şeir kitabının müəllifi, Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı, Prezident mükafatçısı, 1995-ci ildən YAP-ın üzvü, Gəncə şəhəri Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikasının Əməkdar müəllimi.

Əlaqə nömrəsi. (050-333-40-27)
Geri dön