Ana Sayfa > Manşet / Siyasət > İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı2-09-2021, 15:08. Yazar: sevinc1 |
![]() Prezident İlham Əliyev “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmanın mətnini təqdim edir: 1. “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2014; 2020, № 4, maddə 399) aşağıdakı dəyişikliklər edilsin: 1.1. 8.1-ci bənd ləğv edilsin; 1.2. aşağıdakı məzmunda 10.3-2-ci bənd əlavə edilsin: “10.3-2. bu Fərmanın 5-ci və 6-cı hissələrinə əsasən yaradılan daxili idarəetmə proseslərinin elektron sistemlərinin istifadəçiləri üçün elektron imza və Data Mərkəzindən istifadə ilə bağlı tarifləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;”. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli Fərmanının 10.3-2-ci bəndində nəzərdə tutulmuş tapşırığın icrasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təmin etsin; 2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. AİA.Az Geri dön |