Ana Sayfa > Təhsil > Təhsil Nazirliyi: 2021-2022-ci tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 16 şəhər və rayonu əhatə edəcək

Təhsil Nazirliyi: 2021-2022-ci tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 16 şəhər və rayonu əhatə edəcək


2-09-2021, 13:40. Yazar: sevinc1
Təhsil Nazirliyi: 2021-2022-ci tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 16 şəhər və rayonu əhatə edəcək

2021-2022-ci tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsinin 16 şəhər və rayonu əhatə edəcəyi planlaşdırılıb.

Təhsil Nazirliyindən bildirilib ki, layihəyə Bakı, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Şamaxı, Lənkəran, Biləsuvar, Mingəçevir, Xaçmaz, Yevlax, Sabirabad, Salyan, Şəmkir, Göyçay, Şabran şəhər və rayonları üzrə 250 məktəbdən 190 min şagirdin cəlb olunacağı gözlənilir. Layihədə 1500-dən çox müəllim tədris aparacaq.

Yeni tədris ilində mövcud məktəblərdə siniflərin sayının artırılması, yeni şəhər və rayonlar üzrə məktəblərin layihəyə qoşulması da planlaşdırılır.

Xatırladaq ki, 2017-2018-ci tədris ilindən etibarən təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli və məntiqi düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etmək məqsədilə ümumtəhsil məktəblərində “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqinə başlanılıb.

AİA.Az
Geri dön