Ana Sayfa > Gündəm > Sabiq icra başçısına yeni vəzifə verildi

Sabiq icra başçısına yeni vəzifə verildi


2-09-2021, 13:35. Yazar: sevinc1
Sabiq icra başçısına yeni vəzifə verildi

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) üzvü Musa Musayev Dairə Seçki Komissiyasının sədri vəzifəsinə seçilib.

AİA.Az Qaynarinfo.az-a istinadən xəbər verir ki, o, 20 saylı Nərimanov ikinici Dairə Seçki Komissiyasına rəhbərlik edəcək.

Musa Musayev məlumatı təsdiqləyib. Bildirib ki, YAP-ın etimadını doğruldacaq.

Qeyd edək ki, Musa Musayev 2000-2005-ci illərdə Milli Məclisin deputatı, 2006-2010-cu illərdə isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı olub. Keçmiş deputat YAP-ın qurucu üzvlərindəndir.
Geri dön