Ana Sayfa > Parlament > Qəbələdə evini tərk edən koronavirus xəstəsi saxlandı
Qəbələdə evini tərk edən koronavirus xəstəsi saxlandı2-09-2021, 12:50. Yazar: admen |
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə ev şəraitində müalicə alan koronavirus xəstəsi Elşad Şıxqəmzəyevin yaşadığı ünvanı qanunsuz tərk etdiyi müəyyən olunub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AİA.Az-a verilən məlumata görə, həmin şəxs idarə etdiyi “Kia” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və sanitar-karantin qaydaları bir daha ona izah edilib. E.Şıxqəmzəyev yaşadığı ünvana geri qaytarılıb və hazırda onun barəsində Qəbələ RPŞ-də araşdırma aparılır. Geri dön |