Ana Sayfa > İdman > Ronaldo dünya rekordçusu oldu

Ronaldo dünya rekordçusu oldu


2-09-2021, 09:39. Yazar: admen
Ronaldo dünya rekordçusu oldu

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yeni dünya rekorduna imza atıb.

AİA.Az apasport.az-a istinadən bildirir ki, 36 yaşlı futbolçu yığmada ən çox qol vuran oyunçu adına sahib çıxıb.

O, bunu DÇ-2022-nin İrlandiya ilə bugünkü matçında rəsmiləşdirib. Hazırda davam edən qarşılaşmadakı qol Ronaldonun Portuqaliya millisində 110-cu topu olub.

Kriştiano bununla da İran yığmasının əfsanəsi Əli Daeini arxada qoyub. Asiyalı bombardir millidə 109 dəfə fərqlənib.
Geri dön