Ana Sayfa > Parlament > 15 nəfər toya buraxılmayıb, 3 nəfər cərimə olunub
15 nəfər toya buraxılmayıb, 3 nəfər cərimə olunub1-09-2021, 13:31. Yazar: admen |
Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 3 toy şənliyinin monitorinqini həyata keçirib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, monitorinq 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 15 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb. Geri dön |