Ana Sayfa > Qərbi Azərbaycan > Səhiyyə Nazirliyi təcili yardıma həkim qəbulu elan edib
Səhiyyə Nazirliyi təcili yardıma həkim qəbulu elan edib31-08-2021, 14:49. Yazar: admen |
Koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri və Abşeron rayonu üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrinə yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar, həkim-infeksionistlər və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar. Səhiyyə Nazirliyindən verilən məlumata görə, işə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər. Tələb olunan sənədlər: Ərizə (əlaqə nömrəsi qeyd olunmalıdır) Şəxsiyyət vəsiqəsi Diplom İnternatura vəsiqəsi Sertifikat Əmək kitabçası AİA.Az Geri dön |