Ana Sayfa > Ölkə > Daşkəsəndə çobanın minaya düşməsi ilə bağlı açıqlama
Daşkəsəndə çobanın minaya düşməsi ilə bağlı açıqlama30-08-2021, 15:47. Yazar: admen |
![]() Baş Prokurorluq Daşkəsən rayonunda minaya düşən çobanla bağlı məlumat yayıb. AİA.Az xəbər verir ki, 29 avqust 2021-ci il tarixdə Tağıyev Şükür Əşrəf oğlunun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən Daşkəsən rayonu, Alaxançallı kəndinin Kəlbəcər rayonu ilə sərhəd hissəsində yerləşən "Təkqaya" adlanan ərazisində minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Daşkəsən rayon prokurorluğuna məlumat daxil olub. Hazırda faktla bağlı araşdırma aparılır. Geri dön |