Ana Sayfa > Təhsil > Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır

Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır


30-08-2021, 12:49. Yazar: sevinc1
Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır

30 avqust saat 10:00-a olan məlumata əsasən I-V ixtisas qrupları üzrə 58207 elektron ərizə təsdiq edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Məlumata görə, 2431 elektron ərizə isə yadda saxlanılsa da, hələlik təsdiq edilməyib.

İxtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

İxtisasları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə (subbakalavrlara) tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.

Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər.

AİA.Az
Geri dön