Ana Sayfa > Siyasət > Ermənistan hakimiyyətinin etirafı: "Biz bu torpaqları işğal etmişik"

Ermənistan hakimiyyətinin etirafı: "Biz bu torpaqları işğal etmişik"


30-04-2016, 10:25. Yazar: admin
Ermənistan hakimiyyətinin etirafı: "Biz bu torpaqları işğal etmişik"




«Erməni tərəfi üçün Dağlıq Qarabağın müstəqilliyi üzrə ikinci referendumun keçirilməsi məqbul deyil». Virtualaz.org «Arminfo»ya istinadən xəbər verir ki, bu sözləri jurnalistlərlə söhbəti zamanı Ermənistan parlamentinin sədr müavini Ermine Nağdalyan deyib.

Eyni zamanda, Nağdalyan əminliklə bildirib ki, erməni tərəfi «Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş beş ərazi»yə iddialı deyil.

«Dünya Qarabağı tanıyan kimi biz o torpaqları qaytaracağıq, onlara bizim hüququmuz çatmır, biz bu torpaqları istəmirik — onlar yalnız bizim bufer zonamız, təhlükəsizliyimizin zəmanətidir», - Nağdalyan belə deyib.

Ermənistan parlamentinin sədr müavini açıq etiraf edib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və onlara aid hüququ yoxdur. Bu bəyanat erməni ictimaiyyətində etiraz dalğasına səbəb olub, Qarabağ separatçıları isə sədr müavinini «məğlubiyyətçilik»də ittiham ediblər. Bundan əlavə, Ermənistanın siyasi xadimləri Ermine Nağdalyanın tutduğu vəzifəyə uyğunluq məsələsinə baxmağı tələb edirlər

aia.az
Geri dön