Ana Sayfa > Parlament / Aia TV / Karusel > WhatsApp-da yazışan arvadının barmağını kəsdi - Tərtərdə
WhatsApp-da yazışan arvadının barmağını kəsdi - Tərtərdə16-07-2015, 14:16. Yazar: admin |
Tərtər rayonunda 45 yaşlı kişi həyat yoldaşına dəhşətli işgəncə verib Hadisə Tərtər şəhərinin B.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evlərindən birində baş verib. 2014-cü ilin mayın 21-də evə gələn Elvin Cəfərov (ad və soyadlar şərti göstərilib-H.Z) həyat yoldaşı Səmayənin WhatsApp-da mesaj yazdığını görüb. Əsəblərini cilovlaya bilməyən Elvin Cəfərov qısqanclıq zəminində əvvəlcə balta ilə qol nahiyəsinə zərbə vuraraq onu öldürməyə cəhd edib. O, daha sonra mətbəx bıçağı ilə Səmayənin barmaqlarını kəsib. Elvin Cəfərov həyat yoldaşının yaralarını sarıyıb və onu həkimə göstərmədən evində saxlayıb. O, növbəti dəfə həmin ilin mayın 28-də həyat yoldaşına yenidən işgəncə verməyə başlayıb. Həmin gün evə gələn Elvin həyat yoldaşını döyərək, ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib. O, mütamadi olaraq həyat yoldaşını döyüb, işgəncə verib. Bu əməlinə görə Elvin Cəfərov Cinayət Məcəlləsinin 133.2.6-cı (işgəncə vermə) maddəsi ilə ittiham edilib və Tərtər rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elvin Cəfərov apelyasiya şikayəti verərək barəsində həbs olmayan cəzanın təyin edilməsini istəyib. O, şikayətində qeyd edib ki, həyat yoldaşı ilə barışıb, zərərçəkənin ondan heç bir şikayəti yoxdur. O, həmçinin iki azyaşlı övladının olmasının yüngülləşdirən hal kimi nəzərə alınmasını istəyib. Onun şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb. Hakim Elşad Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Elvin Cəfərovun apelyasiya şikayəti təmin edilməyib.(teleqraf.com) Geri dön |