Ana Sayfa > Siyasət > Elçin Həsənzadə: “Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr əsl mərhəmət və humanistlik nümunəsidir.”
Elçin Həsənzadə: “Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr əsl mərhəmət və humanistlik nümunəsidir.”25-08-2021, 16:30. Yazar: sevinc1 |
![]() Azərbaycanın birinci xanımı, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini səciyyələndirən ən başlıca cəhətlər Vətənə və dövlətə sədaqət, milli dəyərlərə hörmət, xalqa sonsuz hörmət hissləridir. Məhz bu prinsiplər Mehriban xanım Əliyevanı Azərbaycan Prezidentinin ən sadiq silahdaşına və xalqın sevimlisinə çevirmişdir. Bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti ölkəmizin hərtərəfli tərəqqisi istiqamətində görülən işlərə sanballı töhfələr verir. Əlbəttə ki, Mehriban xanımın fəaliyyətindən danışarkən ilk növbədə ölkənin birinci xanımının məhz Heydər Əliyev Fondunun prezidenti kimi gördüyü işlər göz önünə gəlir. 2004-cü il mayın 10-dan fəaliyyətə başlayan Heydər Əliyev Fondu ulu öndərin həyat və fəaliyyət fəlsəfəsinin, onun elmi-nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması yolunda üzərinə götürdüyü şərəfli missiyanın uğurla həyata keçirilməsi üçün səylə çalışmaqdadır. Qeyd etmək lazımdır ki, yeniləşən Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasına dəstək verilməsi Heydər Əliyev Fondunun fəaliyyətinin öncül sahələrindən biridir. Mehriban xanım Əliyeva “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının ikinci mərhələsinin təqdimatına həsr olunmuş “dəyirmi masa”da çıxışında demişdi: “Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir”. Bu sahədə həyata keçirilən proqram və layihələr ölkəmizdə təhsilin səviyyəsini yüksəltməyə, valideyn himayəsindən məhrum olmuş uşaq və yeniyetmələrin təlim-tərbiyəsi üçün şəraiti yaxşılaşdırmağa imkan vermişdir. Fondun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ölkəmizdə təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə – tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir. Bu sahədə real vəziyyəti qiymətləndirmək üçün fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə zamanında respublikada məktəb binalarının monitorinqi keçirilmişdi. Nəticədə Azərbaycanın ən müxtəlif bölgələrində tam yararsız hesab olunan 132 məktəb müəyyənləşdirilmiş, mütəxəssislərin rəyinə görə, onların yenidən inşası problemin ən optimal həlli kimi qiymətləndirilmişdi. Bir məqamı da qeyd etmək lazımdır ki, son illər həyata keçirilən tədbirlər içərisində körpə və kimsəsiz uşaqlara göstərilən yüksək səviyyəli dövlət qayğısı xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Bu istiqamətdə reallaşdırılan layihələr ölkəmizdə ana və uşaqların sağlamlığının qorunmasına, uşaq müəssisələrinin fəaliyyətinin, eləcə də səhiyyə sisteminin maddi-texniki bazasının yaxşılaşdırılmasına, bu sahədə fəaliyyət göstərəcək bilikli, savadlı, geniş dünyagörüşünə malik peşəkar kadrların hazırlanmasına yönəldilib. Dövlət səviyyəsində həyata keçirilən belə tədbirlərin nəticəsidir ki, son dövrlərdə uşaq müəssisələri əsaslı şəkildə yenidən qurulmuş, regionlarda müasir tələblərə cavab verən uşaq bağçaları, məktəblər, səhiyyə müəssisələri tikilmiş, ana və yeni doğulmuş uşaqlar arasında ölüm halları xeyli azalmışdır. Xəstə uşaqlarla bağlı Heydər Əliyev Fondu tərəfindən bu gün təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlər əsl mərhəmət və humanistlik nümunəsidir. Təhsil və uşaq müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, uşaq evlərində böyüyən uşaqların gələcəyi, sağlamlıq imkanları məhdud və köməksiz uşaqların sağlamlıqlarının qorunması ilə bağlı fond tərəfindən həyata keçirilən tədbirlərin müstəsna əhəmiyyəti vardır. Bu, ilk növbədə, Azərbaycanın sürətli iqtisadi inkişafı, sosial problemlərin həlli və ölkəmizin dünya birliyindəki mövqelərinin möhkəmləndirilməsi üçün etibarlı zəmin yaradır. Elçin Həsənzadə 9 Saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi AİA.Az Geri dön |