Ana Sayfa > Parlament > İnqilab Musayev: “Heydər Əliyev Fondunun reallaşdırdığı layihələr təhsilimizin beynəlxalq təhsil məkanına inteqrasiyasını sürətləndirir”

İnqilab Musayev: “Heydər Əliyev Fondunun reallaşdırdığı layihələr təhsilimizin beynəlxalq təhsil məkanına inteqrasiyasını sürətləndirir”


25-08-2021, 17:30. Yazar: sevinc1
İnqilab Musayev: “Heydər Əliyev Fondunun reallaşdırdığı layihələr təhsilimizin beynəlxalq təhsil məkanına inteqrasiyasını sürətləndirir”

“Məlumdur ki, Azərbaycanda təhsil sisteminin inkişafı dövlət tərəfindən prioritet istiqamət kimi müəyyənləşdirilimiş önəmli sahələrdən biridir. Ulu öndər Heydər Əliyevin demişdir: “Təhsil millətin gələcəyidir”. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və ölkənin Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində təhsilimiz uğurla və sürətlə inkişaf edir”.[/b]

Ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən dövlət qayğısı, qarşıya qoyulan məqsədlərə çatmaq üçün ayrılan maliyyə vəsaitlərinin həcmi, həyata keçirilən irimiqyaslı layihələrin səmərəlilik dərəcəsi və digər bu kimi göstəricilər xüsusilə son bir neçə ildə davamlı olaraq yüksəlməkdədir. Diqqətəlayiq haldır ki, yeni təhsil müəssisələrinin tikintisi, mövcud olanlarının əsaslı təmiri və yenidən qurularaq təchiz olunması istiqamətində görülən işlərdə pandemiya dövründə də heç bir ləngiməyə yol verilmədi. Artıq bir neçə gündən sonra yeni təhsil ilinə start veriləcək. Şagird və tələbələrimiz əlbəttə ki, karantin şəraitindən irəli gələn təsdiq olunmuş qaydalara riayət etməklə, öz təhsillərini yenə də yeni və yenilənmiş məktəblərdə davam etdirəcəklər.

Əlbəttə ki, təhsil sisteminin inkişafından, bu məqsədlərlə həyata keçirilən işlərdən danışarkən ölkənin ölkənin birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın unikal çoxşaxəli fəaliyyəti xüsusi qeyd olunmalıdır. Belə ki, Mehriban xanım Əliyevanın fəaliyyətində ölkənin təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər xüsusi yer tutur. Ölkəmizdə Birinici xanımın bilavasitə təşəbbüsü ilə uşaq və yeniyetmələrin təhsili və təlimi sahəsində hər il möhtəşəm layihələr həyata keçirilir. Mehriban xanım Əliyeva daim uşaqları diqqətdə saxlayır, uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir.

Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan dövlət başçısı cənab İlham Əliyev elm və təhsilin problemlərini daim diqqət mərkəzində saxlayaraq ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etmişdir. Azərbaycan Prezidentinin elm və təhsilin davamlı inkişaf konsepsiyasının uğurla gerçəkləşdirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi vurğulanmalıdır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fondun milli maarifçilik xəttinin həyata keçirilməsi sahəsində gördüyü işlər konkret çərçivə ilə məhdudlaşmır - məktəb tikintisindən tutmuş UNESCO ilə konkret təhsil proqramlarının həyata keçirilməsinədək - geniş spektri əhatə edir. Azərbaycanın zəruri ehtiyaclarını nəzərə alan Heydər Əliyev Fondunun yeni məktəb tikintisi, mövcud orta ümumtəhsil müəssisələrinin əsaslı təmiri və bərpası istiqamətində həyata keçirdiyi tədbirlər ölkəmizin təhsil sisteminin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu strateji məqsəd Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurmaq, milli təhsil modelinin gerçəkləşdirilməsinə maddi-texniki və intellektual zəmin formalaşdırmaqdır. Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı çox önəmli layihə və proqramlar arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirmiş və Azərbaycan məktəblisinin uğurlarının əsas təminatçısı olmuşdur. Sözsüz ki, ölkə ərazisində təhsil müəssisələrinin infrastrukturlarının tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.

Əminliklə demək olar ki, pandemiyadan sonrakı dövrdə Azərbaycan təhsili möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində daha böyük uğurlara imza atacaq və biz bu sahədə də aparıcı dünya dövlətləri arasında öz layiqli yerimizi tutacağıq.


[b]İnqilab Musayev,
Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri

AİA.Az


Geri dön