Ana Sayfa > Şou-biznes > Sevda müalicə üçün Türkiyəyə getdi
Sevda müalicə üçün Türkiyəyə getdi26-08-2021, 12:05. Yazar: admen |
Müğənni Sevda Əliqızı müalicə üçün Türkiyəyə yollanıb. AİA.Az xəbər verir ki, bu haqda sənətçi axşam.az-a açıqlamasında danışıb. O bildirib ki, uzun müddətdir ayağında olan problemlə əlaqədar qardaş ölkəyə gedib: "İnşallah, hər şey yaxşı olacaq. Ayağımla bağlı gəldim, düzələcək". Qeyd edək ki, S.Əliqızının ayağında podaqra var. Sənətçi bir neçə dəfə əməliyyat olunsa da, problem həll olunmayıb. Sonuncu dəfə Sevda verilişlərdən birinə qatılaraq "Ölürəm, bilmirəm necə edim. Mənə kömək edin, qurban olum. Həyatım məhv olur, daha dözə bilmirəm" sözlərini demişdi. Geri dön |