Ana Sayfa > Ölkə > Bu xəstəxananın baş direktoruna cinayət işi başland
Bu xəstəxananın baş direktoruna cinayət işi başland26-08-2021, 10:41. Yazar: admen |
![]() "Hacıqabul rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin baş direktoru barədə cinayət işi başlanıb. AİA.Az Trend-ə istinadən bildirir ki, xəstəxananın baş direktoru Qarayev Beydulla Ərəstun oğlu mənimsəmə və israfetmədə təqsirləndirilib. Baş direktora qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci(Külli miqdarda mənimsəmə və israfetmə) maddəsilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı tamamlanaraq iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 6-na təyin edilib. Prosesə hakim Aqil Musayev sədrlik edəcək. Xatırladaq ki, baş direktorun işində zərərçəkmiş kimi Fərhadov Feyruz Fərhad oğlu tanınıb. Geri dön |