Ana Sayfa > Ölkə > 53 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb
53 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb26-08-2021, 10:34. Yazar: admen |
![]() Avqustun 25-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 12 toy şənliyinin monitorinqini həyata keçirib. DİN-dən AİA.Az-a verilən məlumaat görə, monitorinq 7 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə: - 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; - 53 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb. Geri dön |