Ana Sayfa > Ölkə > 9 rayonun mərkəzi xəstəxanası diaqnostika mərkəzləri ilə birləşdirilir - SİYAHI
9 rayonun mərkəzi xəstəxanası diaqnostika mərkəzləri ilə birləşdirilir - SİYAHI26-08-2021, 09:50. Yazar: admen |
![]() Azərbaycanda bir neçə rayonun mərkəzi xəstəxanası diaqnostika mərkəzləri ilə birləşdirilir. AİA.Az "Report"a istinadən bildirir ki, 9 rayonun mərkəzi xəstəxanası həmin rayonlarda yerləşən diaqnostika mərkəzlərinin ona qoşulması yolu ilə yenidən təşkil olunur. Belə ki, qeyd olunan tibb müəssisələri aşağıdakılardır: - "Füzuli Rayon Mərkəzi Xəstəxanası" "Füzuli Müalicə Diaqnostika Mərkəzi"nin - "Lənkəran Mərkəzi Rayon Xəstəxanası" " Lənkəran Müalicə Diaqnostika Mərkəzi"nin, - "Qazax Rayon Mərkəzi Xəstəxanası" "Qazax Müalicə Diaqnostika Mərkəzi"nin, - "Qəbələ Rayon Mərkəzi Xəstəxanası" "Qəbələ Müalicə Diaqnostika Mərkəzi"nin, - "Quba Rayon Mərkəzi Xəstəxanası" "Quba Müalicə Diaqnostika Mərkəzi"nin, - "Şamaxı Rayon Mərkəzi Xəstəxanası" "Şamaxı Müalicə Diaqnostika Mərkəzi"nin, - "Şirvan Rayon Mərkəzi Xəstəxanası" "Şirvan Müalicə Diaqnostika Mərkəzi"nin, - "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" "Zaqatala Müalicə Diaqnostika Mərkəzi"nin, - "Tovuz Rayon Mərkəzi Xəstəxanası" "Tovuz Müalicə Diaqnostika Mərkəzi"nin ona qoşulması ilə yenidən təşkil olunur. Geri dön |