Ana Sayfa > Gündəm > Bakıda beş obyektdə pozuntular aşkarlanıb
Bakıda beş obyektdə pozuntular aşkarlanıb25-08-2021, 17:07. Yazar: admen |
![]() Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir. Bu barədə AİA.Az-a AQTA-dan məlumat verilib. Məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 24-də ölkə üzrə 405 ictimai iaşə obyektində 690 monitorinq keçirilib. Monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: 1. Bakı şəhəri, Binəqədi rayonu, Ə. Rəcəbli küç., ev 292m ünvanında yerləşən, fiziki şəxs Hüseynov Orxan Elburus oğluna məxsus “Şır-Şır" restoranı; 2. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., ev 95 ünvanında yerləşən, hüquqi şəxs "Koala" MMC-yə məxsus restoran; 3. Bakı şəhəri,Səbail rayonu, Əliyeva küç., ev 3 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Fərid Təyyar oğluna məxsus “All Mood” kafesi; 4. Bakı şəhəri,Yasamal rayonu, Şərifzadə küç., ev 174 ünvanında yerləşən, fiziki şəxs Tağıyeva Nurlana Faxrəddin qızına məxsus “Kolorit” kafesi; 5. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 174 ünvanında yerləşən, fiziki şəxs Kazımov İlqar Orucəli oğluna məxsus kafe. Geri dön |