Ana Sayfa > Siyasət > Meydanəli Yolçuyev: “Mehriban xanım Əliyevanın YAP-ın ali rəhbərliyində təmsil olunması bu qurumun gücünü daha da artırıb”
Meydanəli Yolçuyev: “Mehriban xanım Əliyevanın YAP-ın ali rəhbərliyində təmsil olunması bu qurumun gücünü daha da artırıb”25-08-2021, 09:30. Yazar: sevinc1 |
![]() Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin hər bir məqamında aşkar nəzərə çarpan mənəvi zənginlik, fədakarlıq, mədəniyyətimizə, tariximizə, adət-ənənələrimizə bağlılıq ölkənin birinci xanımına olan ümumxalq sevgisini şərtləndirən əsas amillərdir. 2017-ci ilin fevral ayında Prezident İlham Əliyev böyük etimad göstərərək Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması ilə bağlı sərəncam imzaladı. Bütün xalq dövlət başçısının bu qərarını böyük sevinc və ruh yüksəkliyi ilə qarşıladı. Son dörd ildə bu şərəfli və məsuliyyətli vəzifədə yeni-yeni uğurlara, möhtəşəm nailiyyətlərə imza atan, bu gün isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dövlətimizin başçısı ilə çiyin-çiyinə səfərlər edən və bu torpaqların yenidən dirçəldilməsi yönümündə Ölkə Prezidentinin bütün qərarlarını özünün çoxşaxəli fəaliyyətilə dəstəkləyən Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin ən sadiq silahdaşıdır. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli maraqlara, bəşəri dəyərlərə əsaslanan çoxşaxəli fəaliyyəti bu gün həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə çox yüksək qiymətləndirilir, dərin rəğbətlə qarşılanır. Azərbaycanın birinci xanımının beynəlxalq fəaliyyəti ilk növbədə ölkəmizin milli maraqlarının müdafiəsi və təminatı mənafeyinə xidmət etməklə yanaşı, eyni zamanda, beynəlxalq sülh, təhlükəsizlik, əmin-amanlıq, tarixi mədəni irsin qorunması, mədəniyyətlərarası və dinlərarası dialoq mühitinin formalaşması və möhkəmlənməsi kimi olduqca vacib missiyanın yerinə yetirilməsi işinə böyük töhfələr verir. Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondunun həyata keçirdiyi “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində dini abidələrdə, ziyarətgahlarda və tikililərdə təmir-bərpa işləri aparılır, sərgilər təşkil olunur. Diqqətəlayiq haldır ki, Fond tərəfindən tarixi abidələrin bərpası istiqamətində işlər bir çox xarici ölkələrdə də aparılır ki, bu da Azərbaycanın dünya mədəni irsinin qorunmasına verdiyi misilsiz töhfələrdir. Belə ki, 2008-ci ilin sentyabrında Heydər Əliyev Fondu və Roma Katolik Dini İcması arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Bakıdakı Müqəddəs Məryəm kilsəsinin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilmiş, məbədin fasadında keramik panno yerləşdirilmişdir. Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə XIV əsr Notr-Dam və Strasburq Kafedral kilsələrinin, Versal Sarayında tarixi incəsənət abidələrinin, həmçinin, İkinci dünya müharibəsi nəticəsində dağıdılmış Berlin qəsrinin, Vatikan arxivlərində saxlanılan Azərbaycanın nadir orta əsr əlyazmalarının və orada yerləşən qədim heykəllərin bərpa işləri həyata keçirilmişdir. Parisdəki məşhur Luvr Muzeyində İslam incəsənəti bölməsi yaradılmışdır. Bundan savayı, Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu Parisdə terror qurbanlarının VII Beynəlxlaq konfransının təşkili məqsədilə 2011-ci ilin sentyabr ayında Fransa Terror Qurbanları Assosiasiyasına maliyyə yardımı göstərmişdir. Roma şəhərində yerləşən Kapitolini muzeyində “Filosoflar zalı”nın bərpası fondun bu sahədə ən mühüm nailiyyətlərindən hesab olunur. Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası istiqamətində atdığı addımlar sivilizasiyalararası dialoq və harmoniya baxımından misilsiz hadisələrdir. Həmin abidələrin 23 fevral 2016-cı il tarixində bərpadan sonrakı açılış mərasimində Kardinal Ravazinin: “Məhv olmaq təhlükəsi ilə üzləşən katakombaların bərpası ilə bağlı bütün dünya xristianlarına müraciət etdim. Lakin müsbət cavab almadım. Yalnız Heydər Əliyev Fondu bu çağırışa cavab verdi.”, – fikri Azərbaycan dövləti və onun ali rəhbərliyinin multikultural siyasətinə verilən yüksək qiymətin ifadəsidir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının V Qurultayında Mehriban xanım Əliyevanın partiyanın Sədr müavini seçilməsi partiya və cəmiyyət üçün əlamətdar olmaqla yanaşı, YAP-ın və dövlətimizin daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyətə malik olub. Mehriban xanım Əliyeva sıralarında 700 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının sədr müavini kimi bu gün də əhəmiyyətli siyasi proseslərin fəal iştirakçısıdır. Onun partiyanın ali rəhbərliyində təmsilçiliyi bu qurumun gücünü daha da artırıb, cəmiyyətin ictimai-siyasi həyatında qadın fəallığı ənənələrinin inkişafını yeni, daha yüksək və daha dinamik mərhələyə çıxarıb. Meydanəli Yolçuyev, Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının sədri. Geri dön |