Ana Sayfa > Dünya > Ermənistan parlamentində növbəti dava - Gün ərzində ikinci dəfə fasilə elan edildi

Ermənistan parlamentində növbəti dava - Gün ərzində ikinci dəfə fasilə elan edildi


25-08-2021, 13:50. Yazar: admen
Ermənistan parlamentində növbəti dava - Gün ərzində ikinci dəfə fasilə elan edildi

Ermənistan parlamentində fasilədən sonra bərpa olunmuş iclas zamanı yenidən deputatlar arasında dava düşüb.

AİA.Az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu dəfə münaqişə "Ermənistan" blokunun deputatı Vahe Akopyanın çıxışı zamanı başlayıb.

Çıxış zamanı deputatlardan birinin yerindən söz atmasından sonra dava başlayıb. Parlamentin spikeri gün ərzində ikinci dəfə fasilə elan edib.

Xatırladaq ki, bu gün səhər saatlarında sabiq müdafiə naziri Seyran Ohanyanın çıxış edən deputata butulka atması ilə dava başlamışdı.
Geri dön