Ana Sayfa > Ölkə > Bu rayonlarda iki gün qaz olmayacaq
Bu rayonlarda iki gün qaz olmayacaq25-08-2021, 13:34. Yazar: admen |
![]() “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt Magistral Qaz Kəmərində görüləcək təmir işləri ilə əlaqədar bu gün saat 15:00-dan iki gün müddətində “Tovuz”, “Ağstafa” və “Köçəsgər” QPS-lərdən qidalanan əhali və sənaye qrup istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq. "Azəriqaz" İstehsalat Birliyindən AİA.Az-a verilən məlumata görə, təmir müddətində Tovuz şəhəri və rayonun 15 yaşayış məntəqəsi, həmçinin Ağstafa rayonunun tam olaraq (Ağstafa şəhəri və rayonun 33 yaşayış məntəqəsi) qaz təchizatının 2 gün müddətinə məhdudlaşdırılması gözlənilir. Abonentlərdən anlayışlı olmalarını xahiş edirik. Görülən işlər soyuq aylarda mavi yanacağın davamlı şəkildə verilməsinə şərait yaradacaq. Geri dön |