Ana Sayfa > Cəmiyyət > ŞOK: Bakı küçələrində ayı peyda oldu

ŞOK: Bakı küçələrində ayı peyda oldu


29-04-2016, 11:38. Yazar: admin
ŞOK: Bakı küçələrində ayı peyda oldu





Zığ qəsəbəsi, Hövsan yolunun üstündə yerləşən "Bakubus"ın avtomobil parkı yaxınlığında ayı peyda olub.

AİA.az anspress-ə istinadən bildirir ki, ayının həmin ərazidə peyda olması oradan keçən vətəndaşların təəccüb və təşvişinə səbəb olub.

Ayının haradan gəldiyi məlum deyil. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Şahidlərdən birinin sözlərinə görə, ayıya yaxın durmaq olmur.

"Hamımız gözləyirik ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlsin, ayıya iynə vursunlar və ya başqa hansısa yolla onu ərazidən uzaqlaşdırsınlar. Nə piyadalar, nə də maşınlar həmin istiqamətdə hərəkət edə bilmirlər. Ayının birdən peyda olması hamını qorxudub", - deyə hazırda hadisə yerində olanlardan biri bildirdi.

aia.az
Geri dön