Ana Sayfa > Dünya > Ermənistanda koronavirusa yoluxanların sayı 238 422-yə çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı 238 422-yə çatıb


24-08-2021, 18:55. Yazar: admen
Ermənistanda koronavirusa yoluxanların sayı 238 422-yə çatıb

Ermənistanda daha 537 nəfər COVID-19-a yoluxub.

AiA.Az xəbər verir ki, bununla bağlı məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 238 422-yə çatıb. Son sutkada koronavirusdan 6 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 768-yə yüksəlib.

Koronavirusa yoluxan 224 719 nəfər sağalıb. Hazırda 7 787 pasiyent müalicə olunur.
Geri dön