Ana Sayfa > Seçki 2024 > Qəhrəman şəhidimiz Şahin İsgəndərov

Qəhrəman şəhidimiz Şahin İsgəndərov


24-08-2021, 18:27. Yazar: admen
Qəhrəman şəhidimiz Şahin İsgəndərov

AİA.Az Xəzər TV-yə istinadən xəbər verir ki, 2001-ci ildə rayonun Qandax kəndində dünyaya gələn Şahin torpaqlarımızın işğalda olması ilə heç zaman barışmırdı. Ona görə də hərbçi olmaq arzusunda olub. Öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrdə həqiqi hərbi xidmət keçib.

Ötən il Vətən müharibəsi başlayanda Şahin İsgəndərov xidmətini davam etdirirmiş. Füzuli, Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə şücaəti və qorxmazlığı ilə seçilib. Düşmənin canlı qüvvəsinin məhv edilməsində fəal iştirak edib. Oktyabrın 8-də Füzuli istiqamətində gedən döyüşlərdə snayper gülləsi ilə yaralanan Şahin, xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, oktyabrın 10-da şəhadətə ucalıb.

Şahin İsgəndərov ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Geri dön