Ana Sayfa > İqtisadiyyat > Azərbaycan nefti 2 dollardan çox bahalaşıb
Azərbaycan nefti 2 dollardan çox bahalaşıb24-08-2021, 13:18. Yazar: admen |
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 23-də 68,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,48 dollar/barel çoxdur. Bu barədə AİA.Az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,49 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 64,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,53 dollar/barel çoxdur. Geri dön |