Ana Sayfa > Gündəm > Şəhidin ad günü məzarı yanında qeyd olunub
Şəhidin ad günü məzarı yanında qeyd olunub24-08-2021, 12:35. Yazar: admen |
![]() Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Samux rayonunun Qədili kəndindən olan Ərəbov Orxan Ramiz oğlununun ad günü uyuduğu qəbiristanlıqda məzarı yanında qeyd olunub. Mərasimdə YAP Samux rayon təşkilatını sədri Gündüz Bayramov, partiya fəalları, şəhidin xidmət etdiyi hərbi hissənin əsgərləri, icra hakimiyyətinin məsul işçiləri, şəhidin yaxınları, Qədili və ətraf kənd sakinləri iştirak ediblər. Şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Orxan Ərəbov yaşasaydı 28 yaşını qeyd edəcəkdi. Anım mərasimdə çıxış edənlər şəhid Orxan Ərəbovun keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirdilər. Sonra mərasimdə çıxış edən YAP Samux rayon təşkilatını sədri Gündüz Bayramov vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. G.Bayramov rayonumuzda da şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunması qeyd etdi. Mərasimdən sonra şəhid ailəsinə ərzaq bağlaması təqdim edildi.Şəhid Ərəbovun valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edib və buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildiriblər. Şəhidimizin doğum günündə təhsil aldığı məktəbin şagirdləri şəhidlərə həsr edilmiş vətənpərvər şeirlər söyləyiblər. ![]() ![]() AİA.Az Geri dön |