Ana Sayfa > Dünya > Əfqanıstanın keçmiş naziri Almaniyada kuryer işləyir
Əfqanıstanın keçmiş naziri Almaniyada kuryer işləyir23-08-2021, 16:44. Yazar: admen |
Əfqanıstanın keçmiş rabitə və informasiya texnologiyaları naziri Sayed Ahmad Shah Saadat Almaniyada kuryer olaraq çalışır. AİA.Az xəbər verir ki, bu barədə məlumatı “EHA News” yayıb. Məlumata əsasən, sabiq nazir Almaniyanın Leypsiq şəhərində pizza kuryeri olaraq fəaliyyət göstərir. Qeyd olunur ki, Saadat 2018-ci ildən etibarən ölkənin Nazirlər Kabinetinin tərkibinə daxil olub və kənd əhalisi üçün mobil şəbəkələrin genişləndirilməsindən məsul şəxs olub. Bununla yanaşı, o rəhbərlik etdiyi qurumun maliyyəsini “Taliban” hərəkatına qarşı mübarizə üçün dövlət strategiyasına köçürməkdən imtina etdiyinə görə ötən il Qani hakimiyyəti onu vəzifəsindən getməyə vadar edib. Nəticədə, keçmiş nazir Almaniyaya köçüb və burada yeni həyata başlayıb. Geri dön |