Ana Sayfa > Ölkə / Media > Ermənistanda üç əsgərin ölümünə görə daha bir hərbçi saxlanıldı
Ermənistanda üç əsgərin ölümünə görə daha bir hərbçi saxlanıldı23-08-2021, 14:30. Yazar: admen |
![]() Ermənistandakı hərbi hissələrdən birində ölü tapılmış üç çağırışçının işi ilə bağlı daha bir hərbçi saxlanılıb. AİA.Az "Report"a istinadən xəbər verir ki, saxlanılan şəxs öldürülmüş əsgərlərin xidmət etdiyi postun komandiridir. O, əsgərlərə qarşı seksual xarakterli zorakılıq etməkdə təqsirləndirilir. Hazırda araşdırmalar davam etdirilir. Qeyd edək ki, iş üzrə saxlanılmış digər hərbçi məhkəmənin hökmü ilə 2 və daha çox insanı qəsdən öldürməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilib. AİA.Az Geri dön |