Ana Sayfa > Siyasət / Dünya > Müdafiə nazirinin müavini Moskvada səfərdədir

Müdafiə nazirinin müavini Moskvada səfərdədir


23-08-2021, 14:23. Yazar: admen
Müdafiə nazirinin müavini Moskvada səfərdədir


Azərbaycanın müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Rusiyaya gedib.

AİA.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, N. Osmanov “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının açılış mərasimində iştirak etmək üçün Moskvada səfərdədir.

Qeyd edək ki, Azərbaycan hərbiçiləri “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu", İran İslam Respublikasında “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edir.

AİA.Az
Geri dön