Ana Sayfa > Gündəm / Ölkə > Binəqədidə avtobusda peyvənd olundular

Binəqədidə avtobusda peyvənd olundular


21-08-2021, 10:48. Yazar: admen
Binəqədidə avtobusda peyvənd olundular

Binəqədi rayonunda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyilə səyyar avtobus məntəqəsində vaksinasiyaya başlanılıb.

Binəqədi Rayon İcra Hakimiyyətindən AİA.Az-a verilən məlumata görə, ölkəmizdə koronavirusa qarşı aparılan vaksinasiya prosesinin daha da sürətləndirilməsi, vətəndaşların peyvəndə əlçatanlığının təmini edilməsi məqsədilə səyyar vaksinasiya briqadaları mobil avtobus vasitəsilə də xidmət göstərirlər.

Mobil avtobus hal-hazırda Xutor yaşayış massivində xidmət göstərir.

Binəqədi RİH dəstəyə görə “Xaliq Faiqoğlu” MMC-yə təşəkkür edib.









AİA.Az
Geri dön