Ana Sayfa > Gündəm > Təranə Rəcəbli: “Bir çox dünya dövlətlərinin liderləri əsil humanizmin nə olduğunu Azərbaycan Prezidentindən öyrənməlidirlər”
Təranə Rəcəbli: “Bir çox dünya dövlətlərinin liderləri əsil humanizmin nə olduğunu Azərbaycan Prezidentindən öyrənməlidirlər”20-08-2021, 14:29. Yazar: admen |
“Bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində gedən bərpa və quruculuq işləri həm ərazi baxımından misli görünməmiş dərəcədə böyük miqyası, həm də xüsusən pandemiya dövründə planetin heç bir nöqtəsində müşahidə oluna bilməyəcək dinamikası ilə bütün dünyanın diqqətini özünə cəlb edir. Ölkə Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevnın həmin bölgələrə mütəmadi etdikləri səfərlər isə görülən işlərin bilavasitə ölkə rəhbərliyinin xüsusi diqqətində saxlandığını göstərir. Məhz bu diqqətin sayəsində işğaldan azad edilmiş ərazilərimiz gözlənildiyindən daha sürətlə bərpa olunur, dirçəlir.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Sumqayıt Perinatal Mərkəzin baş həkimi, Əməkdar həkim, YAP Sumqayıt şəhər təşkilatının İdarə Heyətinin üzvü Təranə Rəcəbli deyib. Hakim partiya təmsilçisi bildirib ki, bu gün Azərbaycan Prezidenti əslində məğlub Ermənistana da öz iqtisadiyyatını dirçəltmək üçün unikal fürsət verməklə bir daha əsil humanizmin nə olduğunu bütün dünyaya nümayiş etdirir: “Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyev Cənubi Qafqazda yaranmış yeni iqtisadi inkişaf imkanlarından bəhrələnmək üçün məğlub Ermənistana da böyük şanslar təklif edir. Əminəm ki, mötəbər beynəlxalq tədbirlərdə demokratiyadan, insansevərlikdən ağız dolusu danışan, lakin reallıqda ikili standartlar siyasətindən əl çəkə bilməyən bir çox dünya dövlətlərinin liderləri əsil humanizmin nə olduğunu Azərbaycan Prezidentindən öyrənməlidirlər. Eyni zamanda da Ermənistan hökuməti ona verilən şansı düzgün dəyərləndirməyi bacarmalıdır. Yalnız Ermənistan Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanıyarsa, bu zaman regiona uzunmüddətli sülh gələcək. Təəssüflər olsun ki, Ermənistan tərəfi bu gün hələ də öz təxribatçı əməllərindən əl çəkmir. Əslində onların bu mövqeyi heç bir məntiqə sığmır və qətiyyən anlaşılan deyil. Azərbaycan artıq öz gücünü, hərbi qüdrətini tam olmasa da, yetərincə nümayiş etdirib. Bu baxımdan Ermənistanın hansısa revanş ala bilmə ehtimalının sıfıra bərabər olduğu bu gün heç kimdə şübhə doğurmur. Bu ölkənin faktiki olaraq ordusu artıq yoxdur. Ermənistanın iqtisadi potensialından ümumiyyətlə danışmağa dəyməz. Ölkəmizə qarşı irəli sürülə biləcək hər hansı ərazi iddiaları yalnız və yalnız Ermənistanın özünü daha çətin vəiyyətə sala bilər.” Daha sonra Təranə Rəcəbli vurğulayıb ki, Avqustun 16-da Laçın və Kəlbəcər rayonlarına etdiyi tarixi səfər zamanı Azərbaycan Prezidenti öz çıxışında faktiki olaraq yaxın dövr üçün qarşıda duran əsas vəzifələrin icrasını bütün istiqamətlərdə əhatə edən konkret fəaliyyət proqramının əsas müddəalarını təqdim etmişdir: “Ölkə Prezidenti cənab İlham Əliyev Kəlbəcər şəhərində etdiyi çıxışında açıq-aydın bildirdi ki, indiki mərhələdə bizim əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirmək, azad edilmiş torpaqlarda möhkəmlənməkdir. Əslində Prezident İlham Əliyevin öz çıxışında səsləndirdiyi fikirlər yaxın dövr üçün qarşıda duran vəzifələrin icrasını bütün istiqamətlərdə əhatə edən fəaliyyət proqramının əsas müddəalarıdır. Dövlətimizin başçısı ilk növbədə Azərbaycan-Ermənistan sərhədində bundan sonra mövqelərimizin daha da gücləndirməyin zəruri olduğunu vurğuladı. Qeyd olundu ki, Azərbaycan bu gün eyni zamanda, Kəlbəcər, Laçın istiqamətində dövlət sərhədlərini möhkəmləndirir. Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca - Murovdağdan Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır. Əlbəttə ki, qarşıda duran ən mühüm vəzifələrdən biri də işğaldan azad edilmiş torpaqlarımızın dirçəldilməsi, bu ərazilərdə yenidənqurma, bərpa işlərinin ən yüksək səviyyədə həyata keçirilməsidir. O cümlədən Kəlbəcər və Laçın rayonlarında, Şərqi Zəngəzur regionunda hazırda yenidənqurma-bərpa işləri böyük vüsət alıb. Qürurverici haldır ki, məhz elə Ölkə Prezidentinin bu bölgələrə səfəri zamanı Kəlbəcər rayonunda yarımstansiya fəaliyyətə başladı, dövlət başçısı su elektrik stansiyasının tikintisi ilə tanış oldu, Laçın rayonunda beynəlxalq hava limanının təməlini qoydu. Həmçinin keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran əsas məsələlərdəndir. Ölkə Prezidenti bu xüsusda bir daha qeyd etdi ki, Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək. Eyni zamanda, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçilib. Artıq həmin kəndlərin bərpası istiqamətində işlər gedir. Beləliklə, Azərbaycan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonrakı əsas hədəfləri düzgün müəyyən edərək, bu hədəflərə də çatmağa tezliklə nail olacaq. Sonda bir məqama da xüsusi olaraq toxunmaq istərdim ki, bu da dövlət başçısının öz çıxışlarında diqqət yönəltdiyi əsas məqamlardan biridir. Məlumdur ki, 30 ilə yaxın müddət ərzində Azərbaycanın sərvətləri işğalçı Ermənistan tərəfindən amansızcasına talan olunub, qızıl və digər qiymətli metal mədənləri qanunsuz istismar edilib. Bu gün artıq Zəngilan və Kəlbəcər rayonlarında xarici şirkətlər tərəfindən qanunsuz istismar edilən qızıl yataqlarının bütün təhlili aparılıb. Bu xarici şirkətlər uzun illər qanunsuz olaraq Azərbaycanın qızıl və digər mədənlərini istismar ediblər. Bu, ölkəmizə qarşı, Azərbaycan xalqına qarşı törədilmiş beynəlxalq cinayətdir. Dövlət başçısının dediyi kimi, bu şirkətlərin artıq iki yolu var: ya bizə təzminat ödəyəcəklər, bizim şərtlərimizi qəbul edəcəklər, ya da ki, bu məsələ hüquqi müstəvidə həll olunacaq. İstənilən halda, Azərbaycana vurulmuş ziyan ödənilməlidir və dövlətimiz bunu mütləq şəkildə təmin edəcək.” AİA.Az Geri dön |