Ana Sayfa > Gündəm / Qərbi Azərbaycan > Bu şəxslərin 3-cü doza vaksin vurdurması məsləhətdir - TƏBİB
Bu şəxslərin 3-cü doza vaksin vurdurması məsləhətdir - TƏBİB20-08-2021, 12:52. Yazar: admen |
Yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya olunanların xəstəliyi ağır keçirməsinə səbəb onlarda yanaşı xroniki xəstəliklərin və ya onkoloji xəstəliklərin mövcudluğudur. Ümumiyyətlə immunitetin yaranması individual prosesdir. Peyvənd olunan xəstələr arasında baş verən ağırlaşmaların səbəbləri ciddi şəkildə araşdırılır. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, bir sıra ölkələrdə 3-cü doza vaksinasiya təcrübəsi var: “3-cü doza peyvənd orqanizmin xəstəliyə qarşı əldə etdiyi immuniteti gücləndirir. Xüsusən yaşlı insanlar və tibb işçilərinin vaksinasiyanın ikinci mərhələsindən 6 ay vaxt keçdikdən sonra əlavə 1 doza da peyvənd vurdurmaları məsləhətdir”. Y.Qarayeva, həmçinin deyib ki, Azərbaycanda infeksiyaya yoluxanlar arasında təkrar yoluxma faktı az hallarda qeydə alınır: “Təkrar yoluxmalar mütləq şəkildə qeydiyyata alınır”. Qeyd edək ki, bu ilin mart ayından etibarən yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanlar arasında reanimasiyada müalicə alanların 96 faizi peyvənd olunmayanlardır. Həmçinin süni nəfəs aparatına qoşulan xəstələrin də 97 faizi vaksinasiyadan keçməyənlərdir. COVID-19 xəstəliyindən həyatını itirənlərin də 99 faizinin peyvənd vurdurmadığı aşkarlanıb. AİA.Az Geri dön |