Ana Sayfa > Manşet / Seçki 2024 > Vaksinasiyada məcburilik nəzərdə tutulmayıb - Şahmar Mövsümov

Vaksinasiyada məcburilik nəzərdə tutulmayıb - Şahmar Mövsümov


20-08-2021, 12:47. Yazar: admen
Vaksinasiyada məcburilik nəzərdə tutulmayıb - Şahmar Mövsümov

Vaksinasiyada ümumi icbarilik nəzərdə tutulmayıb.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, sadəcə müəyyən sahələrdə icbarilik var:

"Vətəndaş vaksin vurdurmağa məcbur deyil. Amma bir çox sahələrdə bu, var. Məsələn, həkimlər. Onlar bilavasitə qırmızı zonada olduqlarından, onların vaksinasiyasında icbarilik var. Amma ümumi icbarilik nəzərdə tutulmayıb".

AİA.Az
Geri dön