Ana Sayfa > İdman > Avroliqa: “Fənərbaxça”dan qələbə, “Qalatasaray”dan heç-heçə
Avroliqa: “Fənərbaxça”dan qələbə, “Qalatasaray”dan heç-heçə20-08-2021, 11:05. Yazar: admen |
Futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, bu gün daha 8 qarşılaşma baş tutub. 3-cü mərhələdə "Neftçi"ni mübarizədən kənarlaşdıran Finlandiyanın HJK komandası bu mərhələdə "Fənərbaxça" ilə qarşılaşıb. İstanbul təmsilçisi doğma meydanda baş tutan bu oyundan minimal hesabla qalib ayrılıb. Türkiyənin digər təmsilçilərindən "Qalatasaray"ın rəqibi isə Danimarka "Randers"i olub. "Sarı-qırmızılar" səfərdən heç-heçə ilə dönüblər. Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi "Legiya" pley-offda Çexiyanın "Slaviya" komandası ilə üz-üzə gəlib. Dörd qolun vuruldu bu oyunda qalib müəyyənləşməyib. Avropa Liqası Pley-offun ilk oyunları 17 avqust Srvena Zvezda (Serbiya) - ÇFR Kluj (Rumıniya) 4:0 18 avqust Seltik (Şotlandiya) - Alkmaar (Niderland) 2:0 19 avqust Slaviya (Praqa, Çexiya) - Legiya (Polşa) 2:2 Omoniya (Kipr) - Antverpen (Belçika) 4:2 Randers (Danimarka) - Qalatasaray (Türkiyə) 1:1 Mura (Sloveniya) - Şturm (Avstriya) 1:3 Fənərbaxça (Türkiyə) - HJK (Finlandiya) 1:0 Olimpiakos (Yunanıstan) - Slovan (Slovakiya) 3:0 Reyncers (Şotlandiya) - Alaşkert (Ermənistan) 1:0 Rapid (Avstriya) - Zarya (Ukrayna) 3:0 Geri dön |