Ana Sayfa > Gündəm > YAP Qazax rayon təşkilatında videokonfrans keçirilib
YAP Qazax rayon təşkilatında videokonfrans keçirilib19-08-2021, 13:50. Yazar: admen |
![]() Prezident İlham Əliyevin 2021-ci il 14 avqust tarixində “CNN Türk” televiziya kanalına verdiyi müsahibə ilə əlaqədar YAP Qazax rayon təşkilatında 19 avqust 2021-ci il tarixdə videoformatda konfrans keçirilib. Konfransda ərazi ilk partiya təşkilat sədrləri, partiya fəalları, gənc partiya üzvləri iştirak ediblər. Konfransı giriş sözü ilə YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətən Müharibəsi başlanandan indiyədək dünyanın müxtəlif ölkələrinin media orqanlarına çoxsaylı müsahibələr verib. Həmin müsahibələrdə Cənab Prezident media nümayəndələrini maraqlandıran bütün sualları tarixi faktlarla geniş və əhatəli cavablandırıb. 2021-ci il 14 avqust tarixində “CNN Türk” televiziya kanalına verdiyi müsahibə mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident bu müsahibədə 30 il ərzində ölkəmizə qarşı olan beynəlxalq ədalətsizlikdən və “ikili standartlardan”, xalqımızın qurtuluş savaşından, Azərbaycan Ordusunun böyük qəhrəmanlıq və peşəkarlığından, Möhtəşəm Qələbənin qazanılmasında xalqımızın həmrəyliyindən, Türkiyə - Azərbaycan qardaşlığından, postmüharibə dövründə görülən işlərdən, Cənubi Qafqazdakı mövcud vəziyyətdən, Zəngəzur dəhlizinin açılmasından və digər məsələlərdən ətraflı danışıb. Qeyd edib ki, Möhtərəm Prezidentimizin müsahibəsi partiya fəalları tərəfindən geniş təbliğ olunmalıdır. Ölkə başçısının fikirləri, verdiyi mesajlar insanlara tam aydınlığı ilə çatdırılmalıdır. Ali Baş Komandanımızın Vətən Müharibəsi dövründə qətiyyətinin və qüdrətinin şahidi olduq. Prezidentimiz öz hünəri, vətənpərvərliyi ilə əsl rəhbər olduğunu bir daha sübut etdi. Rəsmi danışıq, eləcə də nüfuzlu xarici kanallara müsahibələrində görürük ki, cənab Prezidentimiz uzaqgörən siyasətçi, müdrik dövlət xadimidir. Videokonfransda Qazax Dövlət Sosial İqtisaqdi Kolleci ərazi ilk partiya təşkilatının sədr müavini Elvira Əfəndiyeva, Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, partiyanın gənc fəalı Şəhadət Abbasov çıxış etdilər. Möhtərəm Prezidentimizin “CNN Türk” televiziya kanalına verdiyi müsahibənin geniş təbliğ olunmasının vacibliyini vurğuladılar. Videokonfransı YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov yekunlaşdırdı. AIA.Az Geri dön |