Ana Sayfa > Gündəm > Azərbaycanda gənc xanəndə vəfat etdi

Azərbaycanda gənc xanəndə vəfat etdi


19-08-2021, 13:24. Yazar: admen
Azərbaycanda gənc xanəndə vəfat etdi



Gənc azərbaycanlı xanəndə Tuqay İsmayılov vəfat edib.

Bu barədə AİA.Az-a kamança ifaçısı Pərviz Fərhadov məlumat verib. Xanəndənin dəqiq ölüm səbəbi açıqlanmasa da, bir həftəyə yaxındır ki, onun özünü narahat hiss etdiyi bildirilib. 1986-cı il təvəllüdlü müğənninin vəziyyəti bu gün səhər saatlarından ağırlaşıb.

Ehtimal edilir ki, T. İsmayılov koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, müğənni yüksək səs diapazonuna görə son dövrlərdə populyarlıq qazanmışdı.
Geri dön