Ana Sayfa > Karusel / Dünya > Müsəlman ölkəsi Türkiyəni təcili köməyə çağırdı - Gəlin bizi də xilas edin

Müsəlman ölkəsi Türkiyəni təcili köməyə çağırdı - Gəlin bizi də xilas edin


19-08-2021, 11:21. Yazar: admen
Müsəlman ölkəsi Türkiyəni təcili köməyə çağırdı - Gəlin bizi də xilas edin

Regionda və Livandakı sünni-şiə gərginliyi ya sabitlik, ya da vətəndaş müharibəsinə səbəb olacaq.

AİA.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Livanın "Gələcək Hərəkat" birliyinin rəhbəri Əhməd Həriri deyib.

O bildirib ki, İranın İraqdakı təsiri də Livanın inkişafına əngəl olan amillərdəndir:

"Yaşadığımız regionda problemlərin səbəbi İran olmuşdur. Sünni-şiə gərginliyindən uzaq olmalıyıq, əks-halda ölkələrimiz məhv olacaq. Livan digər tərəfdən də İranla bağlılığı olan Hizbullahla mübarizə aparır. Xüsusilə Livanın şimalı hər mənada təhlükədədir. Bu bölgəyə yardım etməsək, Mosulun İŞİD-in əlinə keçməsi kimi, Şimali Livanı da itirə bilərik", - deyə Həriri bildirib.

O əlavə edib ki, regiondakı proseslərin həlli ilə bağlı Türkiyənin üzərinə böyük məsuliyyət düşür.

AİA.Az
Geri dön