Ana Sayfa > Qərbi Azərbaycan > Ürək xəstələri mütləq vaksin vurdurmalıdırlar - Kardioloq

Ürək xəstələri mütləq vaksin vurdurmalıdırlar - Kardioloq


18-08-2021, 16:00. Yazar: sevinc1
Ürək xəstələri mütləq vaksin vurdurmalıdırlar - Kardioloq

Ürək xəstələri yüksək risk qrupuna aid olduqlarından mütləq vaksin vurdurmalıdırlar.

Bunu Azərbaycan Tibb Universitetinin dosenti, invaziv kardioloq Qalib İmanov deyib. O bildirib ki, ürək xəstələri COVID-19-a yoluxanda vəziyyətləri daha da ağırlaşa bilir:

"Belə xəstələrdə ən çox rast gəlinən əlamətlər aritmiya, yəni ritm pozulması, ikincisi ürək əzələsinin iltihablaşmasıdır. Virus ürəyi zədələyir və kəskin ürəktutmasına səbəb olur. Koronavirusa yoluxan ürək xəstələri daha çox infarkt səbəbi ilə həkimə müraciət edirlər. Təəssüf ki, vaksinasiyadan yayınanlar arasında ürək xəstələri də çoxluq təşkil edir. Birmənalı olaraq ürək-damar xəstələri yüksək risk qrupunda olduqları üçün mütləq vaksin vurdurmalıdırlar. Ürək xəstələri koronavirusa yoluxursa, heç bir halda dərmanı dəyişdirməməli, hətta dozasını belə artırıb-azaltmamalıdırlar. Əgər koronavirusa qarşı dərmanlarla onların istifadə etdikləri dərmanlar ziddiyyət təşkil edirsə, hansı dərmandan istifadə edib-etməmələrini ancaq kardioloqları müəyyənləşdirməlidir. Koronavirusa görə ən təhlükəli ürək xəstəliyi ürək çatışmazlığıdır".

AİA.Az
Geri dön